!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləşçilərimiz Rusiya və Gürcüstan komandalarını məğlub edib

!Reklam – Yazi

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

Yeniçağ.Az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Firdovsi Umudovun yetirmələri Rusiya idmançıları ilə qarşılaşıblar. Güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə başa vurublar. Ancaq xalların sayına görə öndə olan (32-29) yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

ABŞ komandası isə Gürcütanı 7:1, Rusiyanı 6:2 hesabı ilə məğlub edib.

Yığmamızın ABŞ idmançıları ilə finalda iştiraka vəsiqə verəcək son görüşü sabah saat 9:00-da başlayacaq.

Yeniçağ.Az

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv