İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
Yeniçağ.Az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.
İlk görüşdə Firdovsi Umudovun yetirmələri Rusiya idmançıları ilə qarşılaşıblar. Güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə başa vurublar. Ancaq xalların sayına görə öndə olan (32-29) yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
ABŞ komandası isə Gürcütanı 7:1, Rusiyanı 6:2 hesabı ilə məğlub edib.
Yığmamızın ABŞ idmançıları ilə finalda iştiraka vəsiqə verəcək son görüşü sabah saat 9:00-da başlayacaq.
Yeniçağ.Az