Reklam

Reklam

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçirilib.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparıb. Güləşçilərimiz turniri 2 qızıl və 1 gümüş medalla başa vurub.

Qızıl medalları yığmamıza Qalib Əliyev (61 kq) və Aslanbek Alborov (97 kq) qazandırıb. Hər iki güləşçimiz finalda Türkiyə təmsilçisindən üstün olub. Qalib Əliyev Abdi Zurnaçını 4:1 hesabı ilə üstələdiyi halda Aslanbek Alborov Rza Yıdırımı vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib.

57 kq-da mübarizə aparan Mahir Əmiraslanov isə Türkiyə idmançısı Süleyman Atlı ilə final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Komanda hesabında yığmamız Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.