Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının üzvü Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yenicag.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz həlledici görüşdə Estoniya təmsilçisi Helari Maegissalunu məğlub edib. O, final görüşündə rəqibini 8:0 hesabı ilə üstələyərək Avropa çempionu olub.
Qeyd edək ki, Rəsul Çunayev (72 kq) və Murad Məmmədov (60 kq) da qitə birinciliyində finala vəsiqə qazanıb.