Güləşçimiz Avropa ikincisi oldu

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.

Yenicag.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib rumıniyalı Andreya Beatris Ana olub.

Rəqibinə 0:12 hesabı ilə uduzan Məmmədova gümüş medalla kifayətlənib.

50 kq-da yer alan Şəhanə Nəzərova isə bürünc medal görüşündə almaniyalı Liza Erselə uduzaraq (8:9) 5-ci yeri tutub.

COP29