Güləşçimiz Avropa üçüncüsü oldu

Azərbaycanın yunan-Roma güləşçisi Kənan Abdullazadə Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, 65 kq-dakı idmançı estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa 3-cüsü olub.