Güləşçimiz bürünc medal uğrunda görüşdə erməni ilə qarşılaşacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında təsəlliverici görüşə çıxan Əli Rəhimzadə qələbə qazanıb.

Yenicag.az xəbər verir ki, o, israilli Coşua Finesilverə qalib gəlib.

Ə.Rəhimzadə 3-cü yer uğrunda görüşdə Ukraynanı təsmil edən erməni əsilli güləşçi Erik Aruşanyanla üz-üzə gələcək.