Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Reklam: High Technic

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a verilən məlumata görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısıyla üz-üzə gələn Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub. Pəhləvanımız avqustun 17-də baş tutan həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medalı boynundan asıb.

Zaur Nuriyev 1/8 finalda ABŞ pəhləvanına yenilib.

Nəsir Həsənov ilk mərhələdə Belarus güləşçisinə uduzub.

Laçın Vəliyev debütdə gənclər arasında Avropa ikincisi olmuş Macarıstan pəhləvanına müqavimət göstərə bilməyib.
Sərxan Məmmədov üçün də start uğursuz alınıb. Həmyerlimiz təsnifat mərhələsində misirli rəqibiylə bacarmayıb.

www.yenicag.az

2288
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM