Güləşçimiz erməni rəqibinə qalib gəldi

Azərbaycanın daha bir güləşçisi Sabah Şəriəti İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə start verib.

130 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi ilk görüşündə Ermənistan təmsilçisi David Ovasapyanı məğlub edib.

Pəhləvanımız 1/8 final mərhələsindəki qarşılaşmada rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Şəriəti bu qalibiyyət sayəsində 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən erməni idmançıya qalib gəlib.