Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Yenicag.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Arman Avaqyanla qarşılaşıb.
Rəqibinə 111 saniyəyə (1 dəqiqə, 50 saniyə) qalib gələn Aşırov yarımfinala yüksəlib.