Güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

Yenicag.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Fransanı təmsil edən erməni Arman Yeloyanla üz-üzə gəlib.

Qvarzatilov rəqibini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.