Azərbaycan sərbəst güləş tarixində bir ilk yaşanıb.
Yenicag.az xəbər verir ki, Parisdə keçirilən Dünya çempionatında sərbəst güləş yarışlarında mübarizə aparan Hacı Əliyev finalda rusiyalı Hacımurad Rəşidovu 7:1 hesabı ilə məğlub edərək, çempion adını qazanıb.
Bununla da Əliyev Azərbaycanın yeganə üçqat dünya çempionu olub.
Qeyd edək ki, güləşçimiz finaladək Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini məğlub edib.