!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güllənənən “qanuni oğru” danışdı

!Reklam – Yazi

02c0b3c5d4fefa415dbbcc6cfedc3fgAvqustun 23-dən 24-ə keçən gecə güllələnən 25 yaşlı keçmiş “qanuni oğru” Maksim Fransuzov (Maks Fransuz) özünə gəlib.

Fransuz səlis danışmağı bacaran kimi polislər onu sorğu-sual ediblər. Zərərçəkmiş guya heç bir düşməni olmadığını, özünün də bu məsələyə heyrət etdiyini və istintaqa heç cürə kömək edə bilməyəcəyini qeyd edib.

Bununla yanaşı, məlum olan odur ki, Fransuzun ətrafında ona bu sui-qəsdi təşkil edə biləcək yalnız bir insan var: “qanuni oğru” Kaxa Parpali. Kaxayla Maks arasında güllələnmədən sadəcə bir neçə gün öncə xoşagəlməz söhbət yaşanıb. Belə ki, Kaxa Maksın üçüncü şəxslərin yanında onun haqqında pis danışdığını eşidib. Bundan sonra Kaxa Maksa zəng vurub , onu təhqir edib və hesablaşma ilə hədələyib. Fransuz isə cavabında onun haqqında belə sözləri “qanuni oğrular”dan eşitdiyini və Kaxa onların hüzuruna gəlməyə cəsarət etsə, onların yanında təkrar edə biləcəyini bildirib.

Xatırladaq ki, 2013-cü ildə Maksim Fransuz ən gənc rus “qanuni oğru”larından biri olub. Lakin, operativ əməliyyatlar zamanı o, oğru titulundan imtina edib. Bu ilin iyun ayında ailə vəziyyətinə əsaslanan Maksim “oğrular” qarşısında könüllü olaraq titul iddialarından imtina edib. Onun sui-qəsdə uğradığını doğumda olan gənc həyat yoldaşı xəbərlərdən öyrənib(aznews).

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv