!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülnarə : “Vəfasız olan məşhur “dostlarımızdır””

!Reklam – Yazi

 

gulnare-memmedova-turkaznews-1-640x640Apardığı verilişlər, özünə məxsus səs tonu, danışığı ilə Azərbaycan tamaşaçısının sevgisini və hörmətini qazanan Gülnarə Məmmədovanın yenidən efirə dönüş xəbəri ölkənin şou gündəminə bomba kimi düşdü. Çünki Gülnarənin bu dönüşünü tamaşaçıları uzun zaman idi sözün əsl mənasında gözləyirdi. Hər məşhura nəsib olmur tv məkandan uzaqlaşandan sonra ilk günkü kimi yaddaşlarda qalmaq. Amma Azərbaycan tamaşaçısı nəinki Gülnarəni hətta onun illər öncə apardığı ANS-in efirindəki Kamerton verilişində rutin olaraq dediyi “efirdə Kamertondur” sözünün deyim tonunu belə xatırlayır. Bax elə o Gülnarə 8 il Kamerton, 4 il Xonça, 4 il Qonaqlıq verilişindən sonra verdiyi uzun fasiləyə Türkiyədən Sevgi İlə proqramıyla son qoyacaq.

-Salam Gülnarə xanım. Uzun zamandır ölkənizdən ayrısız. Ən çox nə üçün darıxmısız?

Çox şey.İndi ağlıma gələn zavod çörəyi, malakosu, kolbasası üçün darıxmışam. Onları Bakıdan gətizdirirəm tez-tez. Hə bir də düyümüz. Burda Azərbaycanın Xan plovunu bişirirəm, hamı çox bəyənir.

-Türkiyəyə necə və niyə getməyiniz mövzusuna qayıdacağıq amma ilk öncə gəlin ən son lahiyəniz “Türkiyədən Sevgi İlə”dən danışaq

Mən Türkiyəyə gəldikdən sonra çox tez-tez Azərbaycandan təkliflər alırdım. İstər aparıcılıq olsun, istərsə seriallarda aktrisalıq və sair kimi tv lahiyələri təklifləri. Onları qəbul etmədim. Çünki artıq burada bir həyatım var. Ancaq əsas səbəb gələn təkliflərin profissionallığına çox inanmamağım idi. “Türkiyədən Sevgi İlə” proqramına “hə” dedim. Çünki Space Tv çox sevdiyimiz bir kanaldır. Verilişi hazırlayan insanlar sektorda uzun zamandır öz sözünü deyən işinin ustalarıdır. Və çox önəmli bir faktor da var. İşə başladığın zaman lahiyəyə güvənmək lazımdır. Bu tutacaq, bəyəniləcək düşüncəsi yaranmalıdır. Bu lahiyədə həmin şeyi hiss etdim. Artıq 1 aydır çalışmalar başlayıb. Çəkilişlər edirik. Hər şey əla gedir.

-İndi qayıdaq əvvələ. Türkiyəyə necə və niyə daşındınız?

Türkiyəyə gəlişim təsadüfən oldu. Planlı şəkildə köçməmişəm İstanbula. Türkiyəyə ərə gələn rəfiqələrim, tanışlarım var idi. Tez-tez İstanbula gəlirdim. Bir gəlişimdə də iş təklifi aldım və burada yaşama qərarını verdim.

Düzünü desəm Azərbaycanda işimdən də bezmişdim. Hər gün eyni işi eyni stresslə etmək məni çox yormuşdu. Həyatımı sil başdan başlamaq istəyirdim. Belə bir zamanda iş təklifinin gəlməsi məni çox sevindirdi və həyəcanlandırdı. Bakıdan daşındım gəldim və burada turizmçi olaraq işə başladım.

-Hamıya maraqlıdır. Gülnarə Məmmədova uzun zamandır Türkiyədə nə edir? Kariyerasına davam edirmi?

Mən burada dediyim kimi turizm sahəsində işlədim. Türkiyədə öz kariyeramı da davam etdirə bilərdim. Bir müddət sonra təkliflər oldu. Lakin istəmədim. Daha sonra evləndim, evdar xanım oldum

-Ailə həyatınız necə gedir?

Ailə həyatım şükürlər olsun çox yaxşı gedir. Həyat yoldaşım tam xəyalımdakı bir insandır. Çox xoşbəxtəm. Allah hər kəsə qismət eləsin.

-Bilirsiz türklə ailə quran qızlarımız çoxdur. Onlara nə məsləhət verərdiz?

Düzdü burada da türklə ailə quran azərbaycanlı qızlar çoxdu. Elə mənim qohumlarım xalam qızlarım da burda ərdədir. Hətta biz azərbaycanlı qızlar qrup da yaratmışıq. Bir-birimizə gedib-gəlirik, dərdləşirik, əlaqə saxlayırıq. Ona görə çox özgəlik yaşamırıq. Məsləhətə gələn isə nə deyə bilərəm ki? İlk başda çətin olur. Çünki insan ailəsi, ölkəsi, sevdikləri üçün çox darıxır. Amma getdikcə öyrəşirsən

-Türkiyədə öyrəşə bilmədiyiniz nə var?

Türkiyədə əlbəttə ki, öyrəşə bilmədiyim şeylər var. Çünki nə qədər soy kökümüz eyni olsa da bəzi fərqliliklərimiz var. Mədəniyyətimizdə fərqlilik var, insanımız fərqlidi. Mənə elə gəlir biz daha istiqanlıyıq (gülür)

-Sizcə tamaşaçılar Gülnarəni necə tanıyır? Və əslində Gülnarə necə bir insandır?

Məncə tamaşaçılar Gülnarəni elə Gülnarə kimi tanıyıblar. Düz tanıyıblar. Elə necə görürlərsə həyatda da eləyəm.

-Azərbaycanlı aparıcılardan kimi bəyənirsiz

Sözün düzü mən Azərbaycan kanallarını izləyə bilmirəm. Amma rəfiqəm Lətafət var. Aparıcılığa bərabər başlamışdıq. Onun danışıq qabiliyyətini, səs tembrini, duruşunu bəyənirəm.

-Uzun illərdir efirdən uzaq qalmağınıza baxmayaraq tamaşaçı sizi eyni qədər sevir. Nə demək istərdiz sevənlərinizə?

Onlara qəlbdən təşəkkürümü bildirirəm. Bizim tamaşaçılarımız vəfalıdır. Hər gün yüzlərlə mesaj alıram. Gülnarə xanım necəsiz, hardasız, nə vaxt qayıdacaqsız kimi. Vəfasız olan məşhur dostlarımızdı. Bağda ərik var idi salam meleyk var idi məsəli onlar da efirdə olduğumuz vaxt hər gün, hətta gündə üç dörd dəfə arayıb axtarırdılar. Elə ki, efir bitdi salam sağ ol da kəsildi.

-Efir həyəcanı, qorxusu var?

Həyəcan, efir həyəcanı deyil iş həyəcanıdır. Yaxşı veriliş təqdim etmə həyəcanı var. Qorxuya gəldikdə isə qorxu yoxdur amma bir şeydən narahatam. Düzünü desəm dilimi dəyişməyimdən çəkinirəm. Düzdü dəyişməmişəm, hətta həyat yoldaşıma Azərbaycan dili öyrətmişəm. Amma istər istəməz hər gün türk dilində danışdığımız üçün bəzən dil sürüşmələri olur. Ondan çəkinirəm ki, efirdə türkcə söz işlədərəm insanlar “bax ee getdi dilini dəyişdi” deyərlər.

-Səmimi cavablarınız üçün çox sağ olun Gülnarə xanım. . Sağollaşaq.

Məni sevən hər kəsə salam deyirəm. İnşallah ən qısa zamanda görüşəcəyik. Verilişi izləsinlər. Çünki həqiqətən maraqlı olacaq.(turkaznews)

www.yenicag.az

2367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv