!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gülnarə Xəlilovanın geyimləri Özbəkistanda təqdim ediləcək

!Reklam – Yazi

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Novruz” kolleksiyası Şəhrisəbzdə (Özbəkistan) keçiriləcək II Beynəlxaq Milli Geyim Festivalında təqdim ediləcək.

Yenicag.az xəbər verir ki, martın 21-22-də Novruz bayramına həsr olunmuş tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdirəcəklər. Festival çərçivəsində yerli və əcnəbi dizaynerlərin dəb nümayişləri, yeni başlayan modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçılarının çıxışları baş tutacaq.

Tədbirin təntənəli bağlanış mərasimində festivalda təqdim olunmuş ən yaxşı kolleksiyaların müəlliflərinin mükafatlandırma mərasimi keçiriləcək.

Nehru

www.yenicag.az

1285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv