Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Güloğlan Cabbarov: "Seçki marafonunda təbliğat-təşviqatın sonuna gəldik"

“Dekabr ayının 31-dən bu günə kimi, mənimlə bərabər həm imza toplarkən, həm də seçki təbliğatı ilə bağlı səyyar görüşlərimdə seçki kampaniyasına rəng qatan dəyərli dostlarıma , əziz seçicilərimə bu məsuliyətli eyni, zamanda şərəfli yolda mənə yoldaşlıq etdikləri üçün çox- çox minnətdaram”.

Yenicag.az xəbər verir ki, bu fikirləri 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən müstəqil namizəd Güloğlan Cabbarov seçki qərargahı qarşısında seçicilərinə hitabən bildirib. Güloğlan Cabbarov qeyd edib ki, Allah bu haqq yolunda hər zaman yar və yardımçınız olsun: “Mənim dəyərli dostlarım, elimizin mərd, qeyrətli insanları, hər zaman var olasınız! Dostlar, biz bu gün Cənab Prezidentimizin bizlərə əmanət etdiyi parlament seçkilərində şəffaf seçki, xalqın etimad etdiyi insanlar seçilsin sözləriylə tam etimad edərək qatılmışıq. İnşallah 9-fevralda yerli icra orqanlarının seçki məntəqələrində Cənab prezidentimizin bu dəyərli sözləri və cağırışına hörmətlə yanaşmaqlarının və bu əmrin vacibliyini nəzərdən kecirmələri labüddür”.Güloğlan Cabbarov qeyd edib ki, inşallah 9 fevralda keçiriləcək seçkinin nəticələri Allahın izni ilə sevindirən tərəfin onu seçən insanlar olmasıdı.
Tədbirdə çıxış edən tibb elimləri namizədi Vurğun Həsənov qeyd edib ki,təbliğat-təşviqat dövründə Güloğlan Cabbarov öz seçicilərinin xeyir-duasın alan ilk namizəd olmaqla yanaşı,eyni zamanda onların ürəklərin fəth edən biri namizəd oldu.Seçicilərdən yazıçı-publisis-juranalist Nizami Rəhmanlı isə vurğulayıb ki,Güloğlan Cabbarov seçiləcəyinə əmindi və o bütün seçiciləri bu seçkidə daha da fəal olmağa çağırıb.

Seçicilərdən Vəfa xanım Rzayeva isə qeyd edib ki,Güloğlan Cabbarov daima humanist addımları,insani dəyərlərə hörmət edən bir gənc olub və gücü çatdığı qədər,sosial təminatı aşağı olan insanların qayğısına qalan biri olub: “Əminəm ki,belə humaist dəyərləri daşıyan biri millət vəkili seçiləcəyi təqdirdə,bu istiqamətdə daha da geniş bir palitrada sosial lahiyyələrin öz dairəsi ərazisində həyata keçirilməsi üçün mühüm addımlar atacaq”.

Qeyd edək ki,bu gün 9 fevral seçkilərində namizədlərin təbliğat kampaniyasının son günü olduğun diqqətə alsaq,Güloğlan Cabbarovun seçicilərinin belə bir möhtəşəm şəkildə birlik nümaiş etdirmələri qarşıdakı seçkidə qələbənin ilk müjdəçisi hesab edilə bilər.

Loading...

www.yenicag.az

435
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100