Avqustun 29-da 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində seçicilərlə görüşü keçirilib.
Görüşdə deputatlığa namizəd Gülşən Paşayevanın vəkilləri – AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, siyasi elmlər doktoru, professor Rəna Mirzəzadə, Texnika üzrə fəlsəfə doktoru, neft-gaz mədən mütəxəssisi Ramin Quliyev, 136 saylı tam ortaməktəbin direktoru Aysel Şərbətova, Qala bələdiyyəsinin üzvüPərnaz Mayılova, eləcə də nəqliyyat üzrə ekspert, “Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı,Azərbaycandan Kənarda Təhsil almış Mütəxəssislər İctimai Birliyinin sədri, namizədin səlahiyyətli nümayəndəsi NatiqƏhmədov, Binə və Qala qəsəbələrində yaşayan yerli sakinlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan vəkil Rəna Mirzəzadə bu dəfə MilliMəclisə seçkilərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindəilk dəfə olaraq keçirildiyini diqqətə çatdıraraq, onun böyükəhəmiyyət kəsb etdiyini vurğulayıb. Rəna Mirzəyeva Gülşən Paşayevanı əsl ziyalı, öz xalqı üçün ürəkdən çalışan və dövlətə sadiq bir insan kimi xarakterize edib.
O, bütün sakinləri seçki kampaniyasında daha fəal olmağa və seçki günü məntəqələrə gedərək deputatlığa namizəd Gülşən Paşayevaya səs verməyə çağırıb.
Tədbirdə iştirak etdiyi üçün seçicilərə öz təşəkkürünü bildirən vəkil Ramin Quliyev seçkinin mahiyyəti, dövlət və cəmiyyət üçün əhəmiyyəti barədə məlumat verib və qeyd edib ki, seçki hüququ insan hüquqları kontekstində böyük önəm kəsb edir.Ramin Quliyev Binənin və Qalanın gələcəyi üçün seçiciləri seçkilərdə fəal olmağa dəvət edib.
Aysel Şərbətova isə deputatlığa namizəd Gülşən Paşayevanın ictimai fəaliyyəti və platforması barədə danışaraq onun həyat yolunun örnək olduğunu qeyd edib. O, Gülşən Paşayevaya səs veriləcəyi təqdirdə onun etimadları doğruldacağına inamını ifadə edib.
Vəkil Pərnaz Mayılova deputatlığa namizəd Gülşən Paşayevanın hər bir seçicisinə fərdi prizmadan yanaşdığını ifadə edib. O, Gülşən Paşayevanın elmi və ictimai-siyasi fəaliyyətini genişməruzə edib. Seçicilərin qaldırdıqları problemlərin həllolunmasının deputat-vətəndaş münasibətlərinin səmərəliliyindən asılı olduğunu qeyd edən Pərnaz Mayılova seçicilərlə müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıb və iştirakçıları Gülşən Paşayevaya səs verməyə çağırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı seçicilərəBinə və Qalada nəqliyyatın yaxşılaşdırlılması istiqamətindəmüvafiq fəaliyyətin aparıldığını bildirərək, ilin sonuna qədər busahədə müsbət irəliləyişlərin olacağına ümid etdiyi diqqətəçatdırmışdır.
Sonra çıxış edən Natiq Əhmədov isə Gülşən Paşayevanın səlahiyyətli nümayəndəsi olmaqdan duyduğu qürur və iftixarhissindən bəhs edib. Gülşən Paşayevanın mübarizliyindən, savadından və səmimiyyətindən söz açan Natiq Əhmədov seçiciləri parlament seçkilərində layiqli namizədə səs verməyə çağırıb.
Daha sonra namizəd Gülşən Paşayeva öz platforması barədə seçicilərə ətraflı məlumat verib. O, deputat seçiləcəyi təqdirdəseçicilərlə dövlət qurumları arasında ən etibarlı körpü rolunuoynayacağını və seçiciləri narahat edən məsələlərə xüsusihəssaslıqla yanaşacağını bildirib.
Görüş müzakirə formasında davam etdirilib, seçiciləri maraqlandıran bir sıra məsələlərlə bağlı deputatlığa namizədin mövqeyi dinlənilib.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində deputatlığa namizəd Gülşən Paşayevanın görüşləri davam edir.