Gülşənin həbsinin ƏKS-SƏDASI: Canlı yayımda dalaşdılar – VİDEO

Türkiyənin məşhur müğənnisi Gülşənin “İmam Hatipli”lər haqqında söylədiyi sözlərə görə həbs edilməsi birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, gün ərzində sosial şəbəkələrdə ən çox müzakirə olunanan mövzu kimi həbs televiziya efirlərinə də daşınıb.

“TV100″də yayımlanan “Sağlı Sollu” adlı proqramda iqtidar partiyasından olan millət vəkili Əli Turanla jurnalist Barış Yarkadaş arasında mübahisə düşüb.

Yarkadaş Gülşənin sözlərində hüquqi məsuliyyət gərəkdirəcək ünsür olmadığını, Turan isə əksini söyləyib. Studiyada gərgin anlar yaşanıb.