Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gültəkin Əsgərovanın anası vəfat etdi

Bu gün axşam saatlarında Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat yayıb.

“Bir az əvvəl çox üzücü xəbər aldım. Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəmanımız Gültəkin Əsgərovanın anası, əziz Rəfiqə xanım bir neçə saat əvvəl vəfat edib. Allah rəhmət eləsin. Əzizlərinə səbr diləyirəm. Nur içinde yatsın”, – Millət vəkili yazıb.

Allah rəhmət eləsin.

Qeyd edək ki, 1960-cı ildə Bakı şəhərində anadan olan G.Əsgərova Azərbaycan Tibb İnstitutunu bitirib. 8 saylı təcili yardım və Uroloji kliniki xəstəxanada işləyib. Qarabağ müharibəsinin ilk günlərindən yeganə körpəsini anası Rəfiqə Əsgərovaya əmanət edərək, cəbhəyə, erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə gedib.

O, Şuşa, Turşsu, Laçın, Əsgəran, Naxçıvanik istiqamətlərində gedən hərbi əməliyyatlarda Azərbaycan əsgərinə tibbi yardım göstərib.

1992-ci il 19 iyulda Ağdam istiqamətində gedən döyüşlərdə, Aranzəmin yüksəkliyində şəhid olub.

www.yenicag.az

1194