Gülü Rəmişin doğum günündə FƏRYAD ETDİ: “Sənsiz bir ölüyəm, ay zalım”

“Rəmişsiz mənim üçün həyat dayanıb, ölü kimiyəm, gəzən ruhumdur”.

Bunu məşhur gitara ifaçısı Rəmişin doğum günündə ömür-gün yoldaşı Gülü Yenicag.az-a açıqlamasında deyib.

O, Rəmişlə qovuşacağı günün həsrəti ilə yaşadığını bildirərək göz yaşı töküb:

“Əslində, Rəmişin doğum günü noyabrın 13-dür. Bilmirəm nədənsə, internetdə noyabrın 14-ü kimi qeyd olunub. Amma belə deyil. Dünən doğum günündə məzarı üstə getdim, onunla dərdləşdim, hal-əhval tutdum.

Getməmişdən bir gün qabaq yuxuma girdi dedi, Gülü, məzarım üstə gəlmisən? Dedim, bəli, gəlmişəm. Tez-tez yuxuma girir Rəmiş, amma üzünü göstərmir zalım.

Bir dəfə yuxuda üzünü mənə göstərib, onda da dənizdə əlimdən tutub gəzə-gəzə söhbətləşmişik. Yuxularımda elə səsini eşidirəm, üzünü görə bilmirəm. Şəkillərinə, gitarasına, bir də quru divarlara baxıb təsəlli tapıram.

Rəmişsiz həyat mənim üçün dar qəfəsdir. Onunla bağlı o qədər arzularım var idi… Deyirdim, evliliyimizin 50 illiyini, 60 illiyini qeyd edərik, amma qismət olmadı. Daha heç bir arzum yoxdur. Ən böyük arzum haqq dünyasında qovuşmağımızdır. Məni bu dünyada yalqız qoyub getdin, ay Rəmiş”.

Cəvahir

COP29