Gülyanaq GÖZYAŞINA BOĞULDU: “Onu gözümüz görə-görə itirirdik”

“Onu gözümüz görə-görə itirirdik…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Xalq artisti Gülyanaq Məmmədova efirdə həyatının ən ağır dönəmlərindən danışarkən deyib.

Sənətçi həyat yoldaşının onkoloji xəstəliklə mübarizə apardığını və sonda sağaldığını bildirib:

“Biz bilməmişik, həyat yoldaşımda gizlin xəstəlik gedirmiş. Göydə Allah, yerdə Türkiyədəki həkimlər onu həyata qaytardı. Bəstəkar Ruslan Səfərliyə borcluyam. Həyat yoldaşım həkimə getmək istəmirdi. Ruslan onu həkimə getməsi üçün razı sala bildi, yola gətirdi. Həyat yoldaşım müalicə olundu və Allah onu bizə bağışladı. İndi şükür ki, sağalıb”.

Nehru