Günahsız yerə həbs edildiyi üçün milyoner oldu

31 il səhvən həbs olunan ABŞ vətəndaşı 1 milyon dollar həcmində kompensasiya alıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, təcavüz və oğurluq maddələrilə həbs olunan Lourens Mak Kinni 2009-cu ildə, cinayət işi ilə bağlı yeni sübutların ortaya çıxmasında sonra azad edilib. 61 yaşlı kişiyə ilk olaraq 75 dollar məbləğində kompensasiya ödənib. 8 il sonra, 2017-ci ildə Mak Kinni kompensasiyanın artırılmasını tələb edib.

Martın 21-də şikayətlərə baxan komissiya səhvən həbs edilməyə görə nəzərdə tutulan maksimal komensasiyanın ödənilməsinə qərar verib. Beləliklə, Mak Kinniyə vəkil xidmətinə görə ödəniş etməsi üçün dərhal 353 min dollar ödənəcək. Qalan 647 min dollar isə 10 il müddətində ödəniləcək. Bu müddət ərzində Mak Kinni hər ay 3350 dollar əldə edəcək.