Günay Ağamalının seçicilərlə görüşündə qalmaqal – VİDEO

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalının avqustun 29-da Salyan rayonunun Sarvan kəndində keçirilən seçicilərlə görüşündə qalmaqal olub.

Yenicag.az xəbər verir ki, görüşdə çəkiliş aparmaq istəyənlərdən birinə hücum edilib, telefonunu əlindən almaq istəyiblər.

G.Ağamalının nümayəndəsinə müraciət edən namizdələrdən biri onu debata çağırıb. Avtomobilinə əyləşən Günay Ağamalı görüşün keçirildiyi ərazidən uzaqlaşıb.

Görüşdə iştirak edənlər deyiblər ki, namizədlə görüşə müəllimlər və bələdiyyə işçiləri avtobusla gətirilib. G.Ağamalıya rəqib olan namizəd isə MSK-ya şikayət etdiyini deyib.

Qeyd edək ki, Günay Ağamalı VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının qızıdır.

COP29