!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Günay Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum oldu

!Reklam – Yazi

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3 (103)-42/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilmişdir.

Yenicag.az xəbər verir ki, kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv