Günay Əfəndiyeva “Çingiz Aytmatov medalı”na layiq görüldü – FOTO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın və bütün türk dünyasının böyük yazıçısı “Çingiz Aytmatov medalı” ilə təltif olunub.

Fonndan Yenicag.az-a bildirilib ki, Günay Əfəndiyeva bu medala Çingiz Aytmatov irsinin, Qırğızıstanın və bütövlükdə, türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində çoxşaxəli fəaliyyətinə görə layiq görülüb. Medal Fondun prezidentinə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev tərəfindən təqdim olunub.

Qeyd edək ki, ötən illər ərzində Fond ilə təşkilatın qurucu üzv dövlətlərindən olan Qırğızıstan arasında əməkdaşlıq çərçivəsində müxtəlif səviyyəli görüşlər baş tutub və Qırğızıstanın mədəni irsinin təbliği ilə bağlı layihələr həyata keçirilib.

Fond tərəfindən Azərbaycanda görkəmli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib, ədibin “Cəmilə” povesti əsasında qırğız dilində hazırlanmış tamaşa nümayiş olunub.

Həmçinin, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev Fondu bir neçə dəfə ziyarət edərək, təşkilatın kitabxanasına ölkəsinin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən kitablar, Fondun muzeyinə isə – qədim qırğız musiqi aləti komuz bağışlayıb.