İllər əvvəl dünyanın ən məşhur modellərindən olan Linda Evanglista “Gündə min dollardan az pul qazansam yataqdan belə çıxmazdım” demişdi.
Günümüzdə məşhur modellərin qazandığı pul həqiqətən də dodaq uçuqladır. Yenicag.az ən çox maddi gəliri olan modellərin siyahısını təqdim edir:
Hollandiyalı model Dotzen Korzen 30 yaşında 8 milyon dolların sahibi idi.
Adrian Lima –Kişilərin heyranı olduğu cazibədar model. 34 yaşının olmasına baxmayaraq illik gəliri təxminən 8 milyon dollardır.
Həmkarlarında fərqli olaraq Keyt Moss 30 yaşından sonra sənətini atmadı. 41 yaşlı model hələ də məsləyinə sadiqdir. Onun gəliri 2014-cü ildəki gəliri 7 milyon dollar civarında idi.
Az zaman içərisində məşhurlaşan Keyt Upton artıq çəkili olduğuna görə zaman-zaman tənqid olunurdu. Hələ 23 yaşı olan modelin şəkilləri məşhur maqazin jurnallarının ön səhifələrini tutur. Ötən il 7 milyon dollar qazanmışdı.
Mirranda Kerrin şəxsi kosmetika firması mövcuddur. 2014-cü ildə 7 milyondan çox gəlir əldə edib. 32 yaşı var.
David Gandy- Ən çox gəliri olan kişi modellərdən biridir. Ötən ilki gəliri 16 milyon dollar idi. “Qadın modellərdən çox qazanır”-desək yanılmarıq.
Karli Kloss- Gəlirinə görə Forbes jurnalına adını yazdırmağı bacarıb. Lakin bunabaxmayaraq onun gəliri həmkarlarında birneçə dəfə azdır- 4 milyon dollar.
Gizel Buntçen- “ Gəliri ilə rekord qırmağı bacarıb. Nə az, nə çox 47 milyon dollar.