Əfqanıstanda gündə beş dəfə məscidə getməyən hökumət işçiləri cəzalandırılacaq.
Yenicag.az xarici mətbuata istinadən istinadən xəbər verir ki, bu barədə “Taliban” ali lideri Hibatullah Axundzadə fərman imzalayıb.
“(Taliban hökumətinin) nazirlik və qurumlarının məsul şəxsləri şəriət tərəfindən müəyyən olunmuş vaxtlarda camaatla namaz qılmağa məcburdurlar”, – sənəddə deyilir.
Bildirilib ki, üzrlü səbəb olmadan namazı buraxan işçilərə xəbərdarlıq ediməli, qanun pozuntusuna təkrara yol verərsə, müvafiq vəzifəli şəxs onu layiqincə cəzalandırmağa borcludur.
Xatırladaq ki, 2021-ci ildə radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib. Daha sonra qadınlara bir sıra qadağalar tətbiq edilib./Qafqazinfo/