!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Gündəliyimizdəki məsələlərin bütün spektrini nəzərdən keçirdik” – Mişel

!Reklam – Yazi

“Fikir mübadiləmiz açıq və məhsuldar oldu. Mən buna görə hər iki liderə təşəkkür etmək istərdim”.

Bunu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirib.

O, həmçinin üçtərəfli formatda keçiriləcək növbəti görüşün vaxtını da açıqlayıb.

“Gündəliyimizdəki məsələlərin bütün spektrini nəzərdən keçirdik. Biz razılaşdıq ki, bu formatda növbəti görüş noyabrın sonuna qədər baş tutsun”, – deyə Aİ Şurası rəhbəri bəyan edib.

Mişel qeyd edib ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə olunub. Həmçinin, xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimat verilib.

Bununla yanaşı, görüşdə humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, əsirlərin və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr aparılıb./Oxu.az/

www.yenicag.az

195
Ads
www.veteninfo.com
!Reklam – Arxiv