GUNDEMİNFO.AZ-a haker hücumu olub

huhjuijolBu barədə saytın rəhbəri Razi Abasbəyli məlumat verib.

“Dünən gecədən etibarən saytımıza haker hücumları edilməyə başlayıb. Hücumların haradan edildiyi hələ ki, bəlli deyil. Lakin texniki heyyət yaranmış problemi aradan qaldırmaq üçün çalışır.

Hücumların ünvanını müəyyən etdikdən sonra hüquq mühafizə orqanlarına müraciət etməyi düşünürük. Yaranmış problemlə bağlı olaraq oxucularımızdan üzr istəyirik.

Düşünürük ki, ən qısa zamanda problemi ortadan qaldıraraq yenidən ziyarətçilərimizə xidmət etməyə davam edəcəyik”-R.Abasbəyli deyib