Qardaş Türkiyədə yaşayan və fəaliyyət göstərən, Azəri qızı Günel kimi tanınan müğənni Günel Zeynalova yeni paylaşımı ilə diqqəti üzərinə çəkib.
Yenicag.az xəbər verir ki, bir neçə dəfə estetik əməliyyat keçirən Günelin “Mükəmməl geyimlərimlə… Rahatlığı geyinincə anlayarsınız” şərhi ilə təqdim edib fotoları maraqla qarşılanıb.
Sosial şəbəkə izləyicilərinin əksəriyyəti onun fit bədən quruluşuna təriflər yağdırıb.
Amma müğənninin həddindən artıq estetik əməliyyatlar etdirərək, özünü tanınmaz hala saldığını ona xatırladaraq, istehza edənlər də olub:
“Günelin bundan xəbəri yoxdur”.
Qeyd edək ki, 38 yaşlı sənətçi estetik əməliyyatları ilə tez-tez Türkiyə şou-biznesinin də gündəmində yer alır.
Fotoları təqdim edirik:
Nehru