Günel Gözəlova istefa verdi – Nazirlikdən

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova vəzifəsindən istefa verib.

Yenicag.az xəbər verir ki, Günel Gözəlova bu barədə “Facebook” hesabında yazıb.

“Əziz dostlarım, həmkarlarım!

Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm, heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!

P.S…hələ ki, işdəyəm, sorğularla müraciət edən dostlar, narahat olmayın, müraciətlərinizi müvafiq qurumlara ünvanlamışam, kömək edəcəm iş sonuna qədər”, – deyə Günel Gözəlova vurğulyıb.