Günel Səfərova: “ATƏT yalnız Şərqə baxır, Qərbi görmür”

 

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında çıxış edib. Çıxışı təqdim edirik:

“Məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil mass media haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istisna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam.

Qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv olan ölkələrdən 120 jurnalist qanunsuz səfər edib. Bunu Azərbaycan dövlətindən icazə almadan həyata keçirirlər. Və bu səfərlərin hansı maliyyə vəsaitiylə gerçəkləşdiyi də maraq doğurur. Əgər jurnalist təhlükəsizliyindən danışılırsa, erməni silahlı qüvvələri 5 jurnalistimizi öldürüb və əlbəttə ki, onların adı xarici hesabatlarda olmayacaq. Dinc sakinlərin öz evlərində ermənilər tərəfindən qətlə yetirilməsi faktı varsa, jurnalist təhlükəsizliyindən necə danışmaq olar?
2 yaşlı Zəhra və nənəsi öz evlərində ermənilər tərəfindən öldürüldü.
Məncə, ATƏT yalnız Şərqə baxır, başını qaldırıb Qərbi görmür. Qərbdə ksenofobia, dini ayrıseçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Əgər biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq.

2 yaşlı Zəhra və nənəsi öz evlərində ermənilər tərəfindən öldürüldü.

Məncə, ATƏT yalnız Şərqə baxır, başını qaldırıb Qərbi görmür. Qərbdə ksenofobia, dini ayrıseçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Əgər biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq”.

Çıxış ermənilərə təsir etdiyindən, onların nümayəndəsi replika atıb: “5 jurnalistin ölümü normaldır. Siz hakimiyyəti dəstəkləyirsiniz”. Günel Səfərova cavab replikasında, “çıxışımda yalnız ermənilərin qanun pozuntusundan danışdım. Həqiqəti söyləmək sizi ifşadı”, – deyib.

COP29