“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürüb.
Yenicag.az xəbər verir ki, bu gün 9 saylı Binəqədi ikinci seçki dairəsi Günel Səfərovanın namizədliyini təsdiq edib.
G.Səfərova seçkilərə “Fərqi vətəndaş bilir!” şüarı ilə gedir. G.Səfərovanın rəqibi YAP-dan Kəmaləddin Qafarovdur. Günel Səfərova müstəqil namizəddir.
Onun namizədliyini müstəqil şəxslər dəstəkləyir. G.Səfərova 9-cu dairənin ən real namizədi kimi qiymətləndirilir.