Güneldən İbrahim Tatlısesə: “Səni sevirəm”

“Azəri qızı” Günel İbrahim Tatlısesi ziyarət edib.

Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi “instagram” səhifəsində paylaşım edib:

“Həyatımda həyatı mənə danışan adam. Yenidən həyatı başladan insan. Tək mənim deyil, hər kəsin səs duyğusu, ürəyisən. Elə darıxmışam ki… Sən mənəvi atamsan. Səni sevirəm. Sən hər zaman gül”.

Qeyd edək ki, Günel Zeynalova 13 yaşında ikən İbrahim Tatlıses tərəfindən kəşf edilib.

Loading...