Güneldən illər sonra etiraf: “Yalan danışırdım”

Müğənni Günel Ələkbərova indiyə qədər keçirtdiyi estetik əməliyyatlardan danışıb.

Yenicag.az-a açıqlama verən müğənni bəzi həmkarlarının ünvanına ittihamlar səsləndirib:

“Gizlətmirəm, burun və dodağımda estetik əməliyyatlar olunub. Əvvəllər dodağıma gel vurdurmuşdum. Əməliyyatla həmin geli çıxartdılar. Amma efirdə sual verəndə yalan danışırdım, deyirdim ki, öz dodağımdır. Yəqin uşaq olmuşam, bilməmişəm (gülür). Estetik və plastik əməliyyatlara normal baxıram. Burda nə var axı. Bəlkə nə vaxtsa, özüm də plastik əməliyyat etdirəcəm. Müğənni tanıyıram ki, bədənini sökdürüb, təzədən yığdırıb. Amma başqalarına istehza edir. Şükür Allaha, sinəm də özümündür, başqa əzalarım da”.

Cəvahir