“Sosial şəbəkələrə baxanda, gözümüz “mazol” olub, elə bil toyxanadır”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova “Xəbərin var?” verilişində deyib.
O, sənət cameəsini yad ladlar üzərində bayağı mahnılar oxuyan və bununla populyarlıq qazanan “müğənni”lərdən təmizləməyə çağırıb:
“Sosial şəbəkələrə baxanda, gözümüz “mazol” olub, elə bil toyxanadır. Olmaz belə. Bir senzura olsun, bu “qıjı”ları yığışdırsınlar.
Bizim o qədər savadlı müğənnilərimiz var. Lalə Məmmədova, Elnarə, Natavan, Səidə…
Bizim sənətimiz Hindistan ladlı “qıjı” mahnıları oxuyanlardan ibarət deyil axı”.
Nehru