!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Günelin doğum günündə ƏN BÖYÜK ARZUSU: “Nə vaxtsa Allahım bunu mənə nəsib edərsə…”

!Reklam – Yazi

“Rəqəmlər artdıqca, buna kədərlənmək yox, sevinmək lazımdır”.

Bu sözləri tanınmış aktrisa Günel Həmidova doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Doğum gününü yeni serialın çəkiliş məkanında keçirən Günel tələbatlı aktrisa olmasının da səbəblərini açıqlayıb:

“Mənim həyatımda doğum tarixinin əhəmiyyəti böyükdür. Çünki o gün dünyaya göz açdığın gündür. O gün sənə məxsusdur, heç kimin deyil, məhz sənindir. Mən bu günü sevə-sevə gözləyirəm və hər dəfə yaş üstünə yaş gəldikcə də Allahımı şükürlər edirəm ki, bu yaşı da gördüm, bu yaşın da dadını çıxaracağam. Rəqəmlər artdıqca, buna kədərlənmək yox, sevinmək lazımdır. Allah bunu bizə nəsib etdi. Yəni bu anın dadını çıxarmaya, bu anı yaşamaya da bilərdik. Nə vaxtsa Allahım nəsib edərsə, gələcəkdə yubiley yaşlarımı təmtəraqla qeyd edərəm. Amma indi özəl günümü yalnız doğmalarımla qeyd edirəm”.

Aktrisa “Özəl hədiyyə aldınızmı”, sualını da cavablandırıb:

“Sevənlərimdən, sənətimə dəyər verənlərdən hər zaman aldığım ən böyük hədiyyə sevgi ilə əhatə olunmağımdır. Bu, özəl bir duyğudur. Hədiyyənin özəlliyi onun kəmiyyətində, heç keyfiyyətində də deyil. Məni sevib, düşünüb, könlümü xoş etmələrindədir. O hədiyyəni alana qədərdir o sevinc. Hədiyyəni alandan sonra istifadə edərəm, ya etmərəm, şəxsi əşyalarımın içərisinə daxil edərəm və hər dəfə görəndə könlüm fərəhlənər. Bundan gözəl duyğu, hədiyyə ola bilərmi?”

“Adınız ən tələbatlı aktrisalar sırasında çəkilir. Buna necə nail olursunuz?” sualına Günelin cavabı belə olub:

“Allahıma şükürlər olsun ki, mənə istedad bəxş edib və bu istedadın sayəsində tələbatlı aktrisa ola bilmişəm. Ola bilməz ki, kimsə istedadlı olsun, amma onu görməsinlər. Bununla bərabər daim yenilikçilik, sənəti sevmək, zəhmət və özü ilə kifayətlənməmək lazımdır. Aktrisa öz bazasını daim genişləndirməlidir. Görünür, mən də bu məqamlara daim diqqət edirəm və bəhrəsini də görürəm. Bir də belə deyim var, səndən hərəkət, məndən bərəkət. Hərəkət edirəm və bərəkətini də görürəm”.

Cəvahir

COP29

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv