Günelin “yeddibaşlı əjdaha”dan UMACAĞI: “Dovşan dovşanlığını etdi, amma…”

“Öküz ilindən olduğum üçün dovşanın xarakteri mənə heç uyğun gəlmədi”.

Bu sözləri geridə qoyduğumuz “dovşan ili” və qarşıdan gələn “əjdaha ili” ilə bağlı təəssüratlarını bölüşən tanınmış aktrisa Günel Həmidova Yenicag.az-a açıqlamasında deyib.

“Dovşan”ın məmnun edə bilmədiyi Günel bütün ümidlərini “əjdaha”ya bağladığını bildirib:

“Düzünü deyim ki, illərin hansı heyvan üzərində təhvil olacağını o qədər də sınayan insan deyiləm. Amma istəsək də, istəməsək də, hər yeni il həyatımızda öz izini qoyur.

Dovşan təbiətcə çox qorxaq, fağır, sakit heyvandır. Öküz ilindən olduğum üçün dovşanın xarakteri mənə heç uyğun gəlmədi. Düşüncəmə görə, ötən illə müqayisədə bu il mənim üçün çox sakit, adi qaydada, daha stabil, hətta sənətimlə bağlı uğurlarıma rəğmən, bəzi məqamlarda daha sönük, boz keçdi.

Şuşaya səfər etdik, maraqlı tədbirlərə qatıldım. Amma dovşan dovşanlığını göstərdi. Çünkü xarakter dəyişmir. Bu fikirləri od püskürən əjdahaya qətiyyən şamil etmək olmaz. Əjdaha xaraktercə mənə daha çox yaxındır. Hələ o da ola ki, bu əjdahanın yeddi başı ola…

Bu o deməkdir ki, iddialı, sevincdolu, aktiv, pozitiv bir il kimi həyatıma daxil olacaq və mənim üçün düşərli olacaq. Əjdahaya ümidlərim çox böyükdür. Amma desəm ki dovşan məni xoşbəxt etdi, xoş sürpizlərlə məni təəccübləndirdi, yalan olar.

Əjdaha od püskürür, əgər onun yeddi başı varsa, o zaman qarşısında dayanmaq olmayacaq. Ondan od, yox, çin olması üçün arzularımı püskürməsini təvəqqe edəcəm”.

Cəvahir

COP29