Günəş kremi xərçəng yaradır, yoxsa xərçəngdən qoruyur? – Canan Karatay danışdı

Türkiyəli professor həkim Canan Karatay günəş kremləri ilə bağlı çıxışı ilə yenə təəccübləndirib.

Yenicag.az “Haber7”yə istinalda xəbər verir ki, o, yüksək qoruyuculuğa malik günəş kremlərinin D vitamini qəbulunu əngəllədiyini deyib.

 

“Heç vaxt, amma heç vaxt günəş kremi istifadə etməyin, xərçəngə səbəb olur. Təəssüf ki, hər cür kimyəvi maddələr hüceyrələrimizin DNT-sini zədələyir”,- deyə o söyləyib.

Canan Karatayın bu fikirləri ekspertlər arasında fərqli qiymətləndirmələrə səbəb olub.Türkiyəli dermatoloq Dos. Dr. Ezgi Özkur günəşdən qoruyucu vasitələrin günəşin zərərli təsirlərindən qorunmaq üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, günəş kremlərinin D vitamini çatışmazlığına səbəb olduğunu göstərən heç bir elmi araşdırma yoxdur.

Özkurun sözlərinə görə, günəş kremi dəri xərçəngi riskini azaltmaqda təsirli vasitə hesab olunur./ölke.az/

COP29