Beynəlxalq astronomlar qrupu Günəş sistemində 9-cu planetin mövcudluğunu sübut edən yeni faktlar tapıblar.
Yenicag.az “Science Alert” nəşrinə istinadən xəbər verir ki, Günəşdən 55 astronomik vahid aralıda olan bu obyekt “2015 BP519” adlanır.
2015 BP519 Çilidə “Dark Energy Survey” layihəsi çərçivəsində “Viktor Blanko” teleskopu tərəfindən qeydə alınıb. Obyektin 1110 gün ərzində müşahidəsi onun orbitinin xüsusiyyətlərini müəyyən etməyə imkan verib.
Qeyd edək ki, Plutonun orbitindən kənarda nəhəng səma cisminin kəşf olunması ehtimalı barədə alimlər hələ 2016-cı ilin yanvarında məlumat veriblər.