!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günəş şüaları altında qalmaq risklidir - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Azərbaycanda iyulun 1-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 37-41° isti, Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 1100-1700-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Nazirlik həmçinin iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41° isti olacağı ilə bağlı xəbədarlıq da edib.

Əhaliyə eyni zamanda tibbi-meteoroloji xəbərdarlıq da olunub. Belə ki, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 38-43° isti, dağlarda gecə 17-22° isti, gündüz 26-31° isti təşkil edəcək.

www.yenicag.az

3457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv