2019-cu ildə üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvarı) baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Yenicag.az-a bildirilib ki, gələn ilk Günəş tutulması yanvarın 6-da Bakı vaxtı ilə saat 03:34-də başlanacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona yetəcək.
Növbəti Günəş tutulması gələn il iyulun 2-də yerli vaxtla saat 20:55-də baş verəcək və iyulun 3-ü saat 01:50-dək davam edəcək.
Sonuncu Günəş tutulması isə dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlanacaq və 12:06-da yekunlaşacaq. Bunu Bakıda 08:03-dən 08:52-dək səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.