Xüsusilə yay aylarında tətil zamanı günəşlənərkən yanıqlar baş verə bilər. Krem sürtmədən günəş vannası qəbul etmək yanıqların əmələ gəlməsinə səbəb ola bilər. Bu isə bədənimizi narahat edir. Bir çox insan günəş yanığı problemi ilə müxtəlif müalicə üsullarına müraciət edir.
Yenicag.az günəş yanığının təbii yolla necə müalicə edilə biləcəyi haqda hazırlanan araşdırmanı təqdim edir.
İnsan dərisi günəş işığına çox həssasdır. Xüsusilə açıq dəri rənginə sahib insanlar günəş yanığına daha çox məruz qalırlar. Buna görə də günəş yanıqlarını aradan qaldırmaq üçün təbii müalicə variantları hazırlanıb. Həmin üsullar elmi cəhətdən sübut edilib.
Günəş yanığı ağrıları neçə günə keçir?
Günəş yanığı ağrısı dərinin yanıq vəziyyətinə görə dəyişir. Buna görə də keçid prosesi dəridən-dəriyə dəyişə bilər. Adətən, günəş yanığı ağrısı 3-5 gün ərzində yox olur. Bəzi hallarda bu, 1 həftəyə qədər çəkə bilər. Tətbiq edilən təbii müalicə variantları ilə günəş yanığı bu müddətdən daha az müddətdə keçirilə bilər.
Bu üsullardan birincisi çaydır. Çay günəş yanıqlarının müalicəsində ən çox istifadə edilən təbii müalicə variantları arasındadır. Günəş yanıqlarına qarşı möcüzəvi bitki mənşəli məhlul olan çay, xüsusən də göz nahiyəsində yanıqlara birbaşa təsir edir. İki kisə çayı soyuduqdan sonra gözünüzə çəkə bilərsiniz. Bu üsul göz ətrafındakı yanıqları tamamilə keçirəcək.
İkinci üsul lavanda yağıdır. Lavanda yağı günəş yanığı üçün çox yaxşı müalicə üsuludur. Nəmləndirici xüsusiyyətinə görə çox istifadə olunur. Günəş yanıqlarının müalicəsində ilk növbədə üstünlük verə biləcəyiniz bitki mənşəli müalicə üsuludur.
Üçüncü üsul isə tərkibində ən çox su olan qidalardan biri olan xiyardır. Xiyar həm də nəmləndirici xüsusiyyətə malikdir. Dərini canlandırır və tam təmizləyir. Xiyar həm də dərini bərpa edir. Yanmış nahiyəyə xiyar qoyaraq təsir etməsini gözləyə bilərsiniz.
Günəş yanığını müalicə etmək üçün dördüncü üsul isə yulaf əzməsidir. Dərini çox sərinləşdirən yulaf əzməsi günəş yanığından yaranan ağrı hissini azaltmaq üçün effektli üsuldur.
Nəsimi Ələsgərli