Günəşdə güclü partlayış oldu

Günəşdə 2025-ci ilin ilk partlayışı baş verib və o, ən yüksək – X sinfinə aid olub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Yanvarın 3-də Moskva vaxtı ilə saat 14:39-da (Bakı vaxtı ilə 15:39) Günəşdə 20 dəqiqə davam edən X1.2 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib./Trend/