Günəşdə son yeddi ilin ikinci ən böyük alovlanması qeydə alındı

Alimlər yenidən Günəşdə “X” sinifli alovlanma qeydə alıblar ki, bu da son 7 ildə ikinci ən böyük hadisədir. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

“Mayın 11-də Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə 15:44 – red.) 3664 (S18W60) ləkələr qrupunda rentgen diapazonunda 46 dəqiqə davam edən X1.5 alovlanması aşkar edilib. Alovlanma QD-radiorabitəsinin (qısa dalğa – red.) pozulması ilə müşayiət olunub”, – məlumatda deyilir.

Ümumilikdə, son iki həftə ərzində ən yüksək X sinifinin 12 alovlanması baş verib.

COP29