!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Günəşli” qəza yoxsa terror? – “Yanğının törədilməsində o dövlət maraqlıdır”

!Reklam – Yazi

publika.az1449420385yanqi276444bd5351ece740Natiq Miri: “Xəzər dənizində bu cür yanğının törədilməsi hadisəsində yalnız iki dövlət, Rusiya və İran maraqlı ola bilərdi”

“Günəşli yatağının 10-cu özülündə baş verən partlayış və hələlik 2 nəfərin ölümü və 29 nəfərin itkin düşməsilə nəticələnən hadisənin baş vermə səbəbləri ətrafında müxtəlif versiyalar səslənir. Qeyd edək ki, son zamanlar Ankara ilə Moskva arasında kəskinləşən münasibətlər fonunda rəsmi Bakı qardaş Türkiyənin yanında olduğunu bəyan etdi. Digər tərəfdən, bir müddət əvvəl isə Tiflis hökuməti bəyan etdi ki, gələn ildən Rusiyadan qaz alışını dayandırıb, onu Azərbaycandan alacaq. Görəsən, Tiflisin bu bəyanatından sonra “Günəşli”də partlayışın olması təsadüfdürmü? Bu həm də Azərbaycanın Rusiyaya qarşı Türkiyənin yanında olmasına görə, Moskvanın kremlsayağı cəzasıdırmı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Natiq Miri baş verən bu hadisədə terror versiyasını və burada Rusiya və İran izlərinin olmasını istisna etmədi: “Dövlətlərarası münasibətlərdə, ən əsası kritik və strateji qərarların verilmə anında baş verən istənilən olay adətən siyasi olaylar olur. Nəzərə almaq lazımdır ki, Xəzər dənizində baş verən yanğın hadisəsi bilavasitə Türkiyə baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfərilə bağlı idi. Onu da nəzərə almaq lazımdır ki, bu səfər Türkiyə Rusiya münasibətlərinin ən gərgin müstəvidə olduğu bir ərəfədə baş tutub. Həmin görüş çərçivəsində Azərbaycan qardaş dövlət olan Türkiyəyə qarşı öz strateji qərarını da verdi. Bu da təbii ki, Rusiyanı qıcıqlandırmaya bilməzdi. Ən azından Azərbaycanın 40 faiz güzəştlə Ankaraya daha artıq qaz sata biləcəyi qərarı Türkiyəni qardaş ölkə olaraq məmnun etdiyi kimi, Rusiyanı isə çox qəzəbləndirdi. Həmin ərəfədə həm Türkiyə, həm Rusiyanın Azərbaycandan gözləntiləri vardı. Hər iki dövlət Azərbaycanı öz yanında görmək istəyirdi. Təbii ki, Azərbaycanın qərarı da birmənalı olaraq Türkiyənin yanında olmaqla bağlı oldu. Bunu Azərbaycan prezidentinin bilavasitə çıxışlarında da müşahidə etdik. Prezident birmənalı olaraq dedi ki, Türkiyənin güclü olması Azərbaycanın güclü olması anlamına gəlir. Məhz bu ərəfədə Xəzər dənizində bu cür yanğının törədilməsi hadisəsi diqqətləri bilavasitə region dövlətlərinə yönəltdi ki, bu məsələdə də yalnız iki dövlət maraqlı ola bilərdi. Bunlar Rusiya və İran dövlətləridir. Rusiya Ankara-Moskva münasibətləri çərçivəsində Azərbaycana yüngülvari dərs vermək istəyində ola bilər. İran da Nardaran hadisələri kontekstində Azərbaycandan müəyyən mənada qisas almaq istəyilə bağlı bu cür təxribatı törədə bilərdi. Bu cür təxribatların törədilməsi SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin dediyi kimi, primitiv üsullarla olmur. Bu gün istənilən qurğu və ya qaz kəmərini partlatmağı istər uzaq, istərsə də yaxın məsafədən texnoloji yollarla asanlıqla etmək mümkündür. Eyni zamanda həmin estakadanın özünə də müəyyən insanların yeridilməsi vasitəsilə də onu asanlıqla etmək olar. Ona görə də düşünürəm ki, partlayış məsələsində mütləq mənada terror versiyası ciddi surətdə araşdırılmalıdır. Ən azından dövlət bilməlidir ki, Azərbaycana qarşı törədilən bu terror hadisəsi hansı dövlətin siyasi maraqları kontekstində olub. Hesab edirəm ki, bu versiya çox ciddidir. Düşünürəm ki, belə təzyiqlər başqa təzyiq vasitələrilə də davam etdirilə bilər. Həmin prosesin içərisində Azərbaycanda süni olaraq separatizm dalğasının gücləndirilməsi, vəhhabi və digər radikal islam qruplarının Dağıstan istiqamətindən ölkəmizə sızdırılması yolu ilə müəyyən terror hadisələrinin törədilməsi də baş verə bilər. Ən Azından Neft Akademiyasında baş verən hadisəni qətiyyən unutmaq olmaz. Bu da Azərbaycana göz dağı vermək üçün törədilmişdi. Belə hadisələr törətmək  Rusiyaya spesifik, xas olan hadisələrdir. Nəyə görə Azərbaycan belə terror hadisələrini gözardı etməli, bu məsələni araşdırmamalıdır. Fkrimcə birinci növbədə məhz bu məsələ araşdırılmalıdır”.

ELÇİN

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv