“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tədbirləri davam etdirir.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, qaz quyularından birində yanğın söndürülüb.
Digər quyularda yanğının söndürülməsi üçün işlər davam etdirilir.(APA)