!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Günəşli” yatağındakı faciədən yarım il keçdi

!Reklam – Yazi

116104 dekabr 2015-ci ildə SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən dəhşətli qəzadan 6 ay keçir. Geridə qalan bu müddət ərzində itkin düşən 18 neftçidən hələ də xəbər yoxdur.

Xatırladaq ki, “Günəşli” yatağındakı qəza zamanı 33 nəfər xilas edilmişdi. 1 nəfər neftçinin cəsədi tapılmışdı. 29 nəfər isə itkin düşmüşdü. Daha sonra itkin düşən neftçilərdən 11-nin cəsədi tapılaraq ailələrinə təhvil verilmişdi. Eyni gündə Neft Daşlarında baş verən qəza zamanı itkin düşən 3 neftçidən birinin meyiti tapılsa da, digərlərindən hələ ki, xəbər yoxdur. Tapılan sonuncu cəsədlər isə Türkmənistan sahillərində dənizçilər tərəfindən aşkarlanmışdı.

İtkin düşən neftçilərin ailələrinə baş nazir Artur Rəsizadənin sərəncamı ilə 15 min manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Birdəfəlik yardım itkin düşən və dünyasını dəyişən bütün neftçilərin ailələrinə verilib. Qəza zamanı dünyasını dəyişən və sonradan cəsədləri tapılan neftçilərin ailələrinə də sığorta pulları ödənilib.

Lakin digər neftçilər itkin düşmüş hesab olunduğundan onların ailəsinə sığorta ödənişləri edilməyib. Səbəb mövcud qanunvericiyə görə, itkin düşən neftçilərin ailələrinə yalnız 6 ay sonra sığorta ödənişinin mümkünlüy ilə bağlı idi. Çünki bu müddətdən sonra tapılmayan neftçilər ölmüş hesab olunacaq və onların ailəsinə sığorta ödənişləri ediləcəkdi. Artıq 6 ay tamam oldu.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı musavat.com-a açqılamasında bildirib ki, ilk iş günündən etibarən həmin neftçilərin ailələrinə sığorta ödənişlərinin edilməsi üçün sənədləşdirmə işlərinin görülməsinə başlanılmalıdır.(virtualaz)

 

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv