“Günəşli“ yatağındakı yanğın tamamilə söndürüldü

dfdss77“Günəşli” yatağındakı 10-cu özüldə yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 19:24-də yanğın tamamilə söndürülüb.(Aznews)