!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Günəşli”də desant əməliyyatı

!Reklam – Yazi

caacfbcaaf8c7579bd23dc35167053d3Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisindən 5 təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülünə desant edilib.

FHN-dən verilən məlumata görə, dekabrın 10-da saat 15:35-də özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.

Bu gün isə saat 09:00-da “Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib. Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edir.

FHN 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində fasiləsiz olaraq tədbirlərini davam etdirir.(APA)

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv